Ermənistan Milli Assambleyasının keçmiş deputatı Ruben Akopyan saxlanılıb.
NOCOMMENT.az Xarici KİV-ə istinadla xəbər verir ki, məlumatı onun oğlu, İrəvan Ağsaqqallar Şurasında “Ana Ermənistan” fraksiyasının üzvü olan Samvel Akopyan NEWS.am-a açıqlamasında təsdiqləyib.
“Mən hadisə zamanı evdə deyildim və atamın hansı əsasla saxlanıldığını dəqiq bilmirəm. Bildiyim qədərilə, hüquq-mühafizə orqanları müəyyən sənədlər təqdim ediblər”, – deyə Samvel Akopyan bildirib.
Hazırda hadisənin detalları açıqlanmayıb.\\Patrulaz.az
