AZ

TKTA-dan xarici ölkələrdə təhsil alan tələbələrə MÜRACİƏT

Bakı. Trend:

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici ölkələrdə təhsilalan və təhsil almaq arzusunda olan tələbələrə müraciət edib.

Trendxəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, xüsusilə son illər qonşu ölkələrdən əldəolunan kvalifikasiyaların tanınmasına dair imtina qərarlarının sayıartmaqdadır:

"Bu barədə təhlil xarakterli ətraflı məlumatlar (ən çox imtinaverilən kvalifikasiyalar üzrə ali təhsil müəssisələrinin siyahısı,imtina səbəbləri və digər zəruri məqamlar) Agentliyin həm rəsmisaytında, həm də sosial şəbəkə hesablarında mütəmadi olaraqpaylaşılır (ətraflı məlumatla aşağıdakı keçidlər vasitəsilə tanışola bilərsiniz).

https://shorturl.at/jjko9

https://shorturl.at/0lg80

https://shorturl.at/HKCl3

https://shorturl.at/hV6Bz

Eyni zamanda qeyd edək ki, tənzimlənən ixtisaslar (hüquq,müəllimlik və mühəndislik) üzrə TKTA-nın sifarişi ilə Dövlətİmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda aşağıreytinqli universitetlərdən əldə olunan kvalifikasiya sahiblərininqeyri-qənaətbəxş imtahan nəticələrinin sayının kifayət qədər çoxolması narahatedici məqamdır. Bu məqsədlə, müraciətçilərə sözügedənistiqamətlər üzrə təhsil almadan öncə müvafiq təhsil müəssisələriniaraşdırmağı tövsiyə edirik (DİM imtahan nəticələri ilə bağlıkeçidlər aşağıda verilmişdir)".

https://shorturl.at/ZNigq

https://shorturl.at/jvyRL

https://shorturl.at/3hsa0

https://shorturl.at/JmBIS

Məlumatda qeyd olunub ki, xarici ölkələrdə təhsil aldığınızmüddətdə Qaydaların 4-cü bölməsinin 4.1-ci bəndinin yarımbəndlərində qeyd olunan tələblər xarici kvalifikasiyalarıntanınması istiqamətində ilkin şərtləri ehtiva edir:

"Belə ki, əldə olunan xarici kvalifikasiyanın ölkə ərazisindətanınması istiqamətində Qaydalarda qeyd olunan tədrisin normativmüddətinə uyğun təhsil almaq, müəyyən olunmuş təhsil müddətiərzində müvafiq xarici təhsil müəssisəsində fiziki olaraq dərslərdəiştirak etmək zəruridir. Sözügedən tələblərə əməl olunmadan əldəedilən xarici kvalifikasiyaların ölkə ərazisində tanınmasımümkünsüzdür.

Əlavə olaraq, sizləri son zamanlar sosial şəbəkələr, internet vəmedia resursları vasitəsilə təhsil şirkətləri tərəfindən reklamolunan təhsil müəssisələrinə “asan üsullarla” qəbul olunma iləbağlı ehtiyatlı olmağa, müvafiq təhsil müəssisələrindən əldə olunanxarici kvalifikasiyaların ölkə ərazisində mütləq tanınması iləbağlı vədlərə inanmamağa çağırırıq.

TKTA olaraq xarici təhsil müəssisələri haqqında səhih və ətraflıməlumat əldə etdikdən, yuxarıda qeyd olunan məqamları nəzərdənkeçirdikdən sonra seçim etməyinizi xahiş edirik.

Yekunda təkrar qeyd etmək istərdik ki, xaricikavalifikasiyaların ölkə ərazisində tanınması üçün Qaydaların 4-cübölməsində qeyd olunan tələblərin tam təmin olunması şərtdir".

Seçilən
0
26
az.trend.az

10Mənbələr