AZ

Agentlik xarici ölkələrdə təhsil alan tələbələrə müraciət edib » AzadMedia.az


Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciət edib.

Bu barədə Agentliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xüsusilə son illər qonşu ölkələrdən əldə olunan kvalifikasiyaların tanınmasına dair imtina qərarlarının sayı artmaqdadır:

"Bu barədə təhlil xarakterli ətraflı məlumatlar (ən çox imtina verilən kvalifikasiyalar üzrə ali təhsil müəssisələrinin siyahısı, imtina səbəbləri və digər zəruri məqamlar) Agentliyin həm rəsmi saytında, həm də sosial şəbəkə hesablarında mütəmadi olaraq paylaşılır (ətraflı məlumatla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz).

https://shorturl.at/jjko9

https://shorturl.at/0lg80

https://shorturl.at/HKCl3

https://shorturl.at/hV6Bz

Eyni zamanda qeyd edək ki, tənzimlənən ixtisaslar (hüquq, müəllimlik və mühəndislik) üzrə TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda aşağı reytinqli universitetlərdən əldə olunan kvalifikasiya sahiblərinin qeyri-qənaətbəxş imtahan nəticələrinin sayının kifayət qədər çox olması narahatedici məqamdır. Bu məqsədlə, müraciətçilərə sözügedən istiqamətlər üzrə təhsil almadan öncə müvafiq təhsil müəssisələrini araşdırmağı tövsiyə edirik (DİM imtahan nəticələri ilə bağlı keçidlər aşağıda verilmişdir)".

https://shorturl.at/ZNigq

https://shorturl.at/jvyRL

https://shorturl.at/3hsa0

https://shorturl.at/JmBIS

Məlumatda qeyd olunub ki, xarici ölkələrdə təhsil aldığınız müddətdə Qaydaların 4-cü bölməsinin 4.1-ci bəndinin yarım bəndlərində qeyd olunan tələblər xarici kvalifikasiyaların tanınması istiqamətində ilkin şərtləri ehtiva edir:

"Belə ki, əldə olunan xarici kvalifikasiyanın ölkə ərazisində tanınması istiqamətində Qaydalarda qeyd olunan tədrisin normativ müddətinə uyğun təhsil almaq, müəyyən olunmuş təhsil müddəti ərzində müvafiq xarici təhsil müəssisəsində fiziki olaraq dərslərdə iştirak etmək zəruridir. Sözügedən tələblərə əməl olunmadan əldə edilən xarici kvalifikasiyaların ölkə ərazisində tanınması mümkünsüzdür.

Əlavə olaraq, sizləri son zamanlar sosial şəbəkələr, internet və media resursları vasitəsilə təhsil şirkətləri tərəfindən reklam olunan təhsil müəssisələrinə “asan üsullarla” qəbul olunma ilə bağlı ehtiyatlı olmağa, müvafiq təhsil müəssisələrindən əldə olunan xarici kvalifikasiyaların ölkə ərazisində mütləq tanınması ilə bağlı vədlərə inanmamağa çağırırıq.

TKTA olaraq xarici təhsil müəssisələri haqqında səhih və ətraflı məlumat əldə etdikdən, yuxarıda qeyd olunan məqamları nəzərdən keçirdikdən sonra seçim etməyinizi xahiş edirik.

Yekunda təkrar qeyd etmək istərdik ki, xarici kavalifikasiyaların ölkə ərazisində tanınması üçün Qaydaların 4-cü bölməsində qeyd olunan tələblərin tam təmin olunması şərtdir".
Seçilən
0
21
azadmedia.az

10Mənbələr