"Microsoft SharePoint" serverləri hakerlər tərəfindən aktiv hücuma məruz qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə korporasiya bəyanat yayıb.
Bəyanatda deyilir ki, bu proqram təminatı dövlət qurumları və şirkətlər tərəfindən istifadə olunur.
Microsoft, bunun yalnız təşkilatlar daxilində istifadə olunan "SharePoint" serverlərinə aid olduğunu açıqlayıb. "Microsoft 365" buludunda "SharePoint Online"a heç bir hücum qeydə alınmayıb.
"Reuters" bildirir ki, FTB hücumlardan xəbərdardır və bu məsələdə federal və özəl tərəfdaşlarla əməkdaşlıq edilir.
“The Washington Post” yazır ki, hakerlər proqram təminatında əvvəllər məlum olmayan boşluqdan istifadə edərək dövlət qurumlarına və şirkətlərə hücum ediblər. On minlərlə Microsoft serveri risk altında olub.