AZ

Nardaranda dənizdə batan şəxsin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
 
Bu barədə Moderator.az-a qurumun mətbuat xidmətindən bildirilib.
 
Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
 
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Seçilən
10
50
moderator.az

10Mənbələr