AZ

Çimərliklərdə qiymətlər necədir? -

Yay istisi öz sözünü deməyə başlayıb, sakinlər isə istirahət üçün sərin məkânlar axtarışındadır. Bakı və ətraf ərazilərdəki çimərlik və hovuzlar bu aylarda həm şəhər sakinlərinin, həm də turistlərin ən çox üz tutduğu ünvanlara çevrilib. Metbuat.az paytaxtda və yaxınlığındakı məşhur istirahət zonalarında giriş qiymətlərini araşdırıb. Qiymətlər məkanların statusu və həftənin günündən asılı olaraq dəyişir.
Novxanıda yerləşən "Spring Hotel"də uşaqlar üçün giriş 20 AZN, böyüklər üçün isə 40 AZN-dir."My Beach" çimərliyində isə böyüklər üçün ödəniş 20 AZN, uşaqlar üçün isə 10 AZN-dir. "Amburan Beach Club"da isə həftə içi qiymət 30 AZN, həftə sonu isə 40 AZN təşkil edir. 9 yaşadək uşaqlar üçün giriş ödənişsizdir. "Fairmont Baku" hotelinin açıq hovuzu həftə içi 65 AZN, həftə sonu isə 75 AZN-ə dincəlmək istəyənləri qəbul edir. "Sea Breeze Resort"da yerləşən bir neçə məkanda qiymətlər fərqlidir: "The Beach" çimərliyində böyüklər üçün giriş 50 AZN, 10 yaşa qədər uşaqlar üçün isə ödənişsizdir. "White Beach"də həftə içi qiymət 40 AZN, həftə sonu isə 60 AZN-dir. Burada da 10 yaşa qədər uşaqlardan ödəniş alınmır. "Water Park"da böyüklər 20 AZN, 5 yaşa qədər uşaqlar isə pulsuz daxil ola bilərlər. Qeyd edək ki, bəzi məkanlarda uşaq yaş həddi və ödənişsiz giriş şərtləri dəyişə bilər, buna görə də səfərdən öncə əlaqə saxlamaq tövsiyə olunur.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
13
22
metbuat.az

10Mənbələr