AZ

Əcnəbi professor: Şuşa Qlobal Media Forumu Azərbaycanın dəyərli tərəfdaş olduğunu göstərir

Belə beynəlxalq media forumuna ev sahibliyi etmək Azərbaycanın qlobal müzakirələrdə, o cümlədən, media sahəsində baş verən yeniliklər kontekstində aktual və dəyərli tərəfdaş olduğunu göstərir. Üstəlik, tədbirin burada – Şuşada keçirilməsi də çox rəmzi xarakter daşıyır.

Bu sözləri APA-ya açıqlamasında Qlobal Siyasət İnstitutunun (Global Policy Institute, GPI) prezidenti, Vaşinqton şəhərində yerləşən Bay Atlantic Universitetində (BAU) siyasi elmlər və beynəlxalq münasibətlər üzrə professor Paolo Libl Fon Şirax deyib.

O bildirib ki, Ermənistanın işğalı ilə bağlı beynəlxalq informasiya mənzərəsi son dərəcə təhrif olunmuşdu:

“Onlar elə bilirdilər ki, guya ermənilər qurban, azərbaycanlılar isə təcavüzkardır. Bu isə tamamilə absurddur. Siz bunu bilirsiniz. Ancaq qəribədir ki, mənim də vətəndaşı olduğum ABŞ da daxil olmaqla, dünyanın digər yerlərində insanlar ya tamamilə yanlış, ya da ən təhrif olunmuş informasiya alıblar.

Mən Azərbaycanın işğal olunmuş bütün ərazilərini azad etməsini və Ermənistanla səmimi niyyətlə danışıqlara başlamasını təqdir edirəm. Təbii ki, hələ tamamlanmamış məsələlər var. Rəsmi sülh sazişi hələ imzalanmayıb. Azərbaycanın haqlı olaraq Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı irəli sürdüyü tələb də bu məsələlər sırasındadır. Çünki həmin sənəddə hələ də Qarabağın Ermənistana aid olduğu ilə bağlı müddəalar yer alır”, - o vurğulayıb.

Seçilən
19
50
apa.az

10Mənbələr