AZ

Şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası təsdiqləndi

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının VergiMəcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlətreyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikedilməsi barədə Qanunu təsdiqləyib.

Trend xəbərverir ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, hüquqi şəxsyaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsmüflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyitarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumatverməlidir.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”Qanunda edilən dəyişikliyə əsasən, hüquqi şəxsin iflas prosesindəolması dövlət qeydiyyatına alınmalıdır. Bankların müflisləşmə vəiflas prosesində olması “Banklar haqqında” AzərbaycanRespublikasının Qanununun tələbləri nəzərə alınmaqla dövlətqeydiyyatına alınır.

Hüquqi şəxsdə iflas prosesi məhkəmənin iştirakı olmadanbaşlandığı halda, borclunun iflas prosesinin başlanması barədəqərarının qəbul olunduğu tarixdən, iflas prosesi məhkəmə qaydasındabaşlandığı halda isə borclunun ərizəsinin məhkəmə tərəfindən qəbuledildiyi tarixdən və ya kreditorun ərizəsi əsasında borclununmüflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyəminməsi tarixindən 15 gündən gec olmayaraq, ərizə ilə müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciətedilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli, iflasprosesinin başlanması barədə borclunun qərarı və yaxud müflis elanolunma barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və möhürtəqdim olunmalıdır. Dəyişiklik bu Qanunun 11.3.1-ci və 11.3.1-1-cimaddələrinin tələblərinə zidd olmadıqda, bu Qanunun 9.2-cimaddəsində nəzərdə tutulmuş müddətdə qeydiyyata alınır.

Hüquqi şəxsdə başlamış iflas prosesi onun ləğvi iləyekunlaşmadıqda, iflas prosesinə xitam verilmə tarixindən 15 günmüddətində müvafiq ərizə, bu prosesə xitam verilməsi barədə qərarvə üzərində “iflas prosesində olan” yazılmış möhür təqdimolunmaqla, həmin fakt bu Qanunun 9-2.2-ci maddəsinə uyğun olaraqqeydiyyata alınır.

Hüquqi şəxs müflis olması nəticəsində ləğv edildikdə, əmlakinzibatçısı qurumun ləğv edilməsi barədə məhkəmənin qərarı qanuniqüvvəyə mindikdən sonra 10 gün müddətində bu Qanunun 16.1-1.1-ci,16.2.3-cü və 16.2.3-1-ci maddələrində nəzərdə tutulmuş sənədlərləvə bu Qanunun 16.2.4-cü maddəsinə uyğun olaraq, səhmdarcəmiyyətlərinə münasibətdə Azərbaycan Respublikası Mərkəzi Bankınınarayışı ilə birlikdə üzərində “iflas prosesində olan” yazılmışmöhürü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana(quruma) təqdim etməlidir.

Seçilən
6
12
az.trend.az

10Mənbələr