Bakı. Trend:
Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyə üçünyox bütövlükdə region üçün faydalı olacaq.
Trend xəbər verirki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr SülhHərəkatının 51-ci ildönümü münasibətilə Şimali Kipr TürkRespublikasın etdiyi səfərdən sonra Türkiyəyə geri qayıdan zamantəyyarənin göyərtəsində jurnalistlərə açıqlamasında deyib.
“Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyə üçündeyil, bölgədəki digər ölkələr üçün də faydalı olacaq. Biz bumarşrutu, eyni zamanda, geoiqtisadi baxımdan da son dərəcə önəmlibir məsələ kimi qiymətləndiririk. Əslində, bu dəhliz bölgəmizinhüdudlarından kənardakı coğrafiyaları da bir-birinə bağlayacaq vəticarəti canlandıracaq”, - deyə o bildirib.
Ərdoğan bu xəttin mübahisə deyil, razılaşma rəmzinəçevriləcəyini gözlədiyini qeyd edib.
“Region ölkələri olaraq bu məsələni razılıq yolu ilə həll edəbiləcəyimizə inanıram. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzuraböyük önəm verir. Dəhlizin bir an əvvəl hazır vəziyyətə gətirilibhəm Azərbaycan, həm də region üçün istifadə olunmasını vəqiymətləndirilməsini istəyir. İnanıram ki, biz ora ilə bağlıməsələləri birgə həll edəcəyik”, - deyə Ərdoğan qeyd edib.