Bakı. Trend:
Nardaranda bir nəfər dənizdə batıb.
Trendxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumatyayıb.
Bildirilib ki, Nazirliyin (FHN) "112" qaynar telefon xəttinə,Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə (ənyaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı,nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət vəSularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləriaxtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraqaidiyyəti üzrə təhvil verilib.