AZ

Dünyanın ən çox kartla ödəniş edən əhalisi harda yaşayır?

Nağdsız ödənişlər qlobal miqyasda sürətlə yayılarkən, bəzi ölkələr bu keçiddə xüsusilə fərqlənir.

Demokrat.az Valyuta.az-a istinadən xəbər verir ki, Kanada, Norveç və Cənubi Koreya bu sahədə lider mövqedədir.

2025-ci ilin statistikasına görə, Kanadada 15 yaşdan yuxarı əhalinin 83,4 faizi kredit kartına sahibdir. Bu, dünyada ən yüksək göstəricilərdən biridir. Ölkədə aktiv kredit kartlarının sayı 100 milyonu keçib ki, bu da adambaşına bir neçə kartın düşdüyünü göstərir. Kanada bank sistemində kartla ödənişlər üçün əlverişli şərtlər, geniş yayılmış bonus proqramları və rəqəmsal infrastruktur bu tendensiyanı dəstəkləyir.

Norveçdə nağdsız ödəniş sistemi faktiki olaraq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Son araşdırmalara əsasən, ölkədə bütün ödənişlərin təxminən 97 faizi kart və ya rəqəmsal üsullarla həyata keçirilir. Marketlərdə, ictimai nəqliyyatda, hətta kiçik kafe və xidmət obyektlərində belə, nağd pul istifadəsi demək olar ki, yox dərəcəsindədir. Norveç hökuməti uzun illərdir bu keçidi stimullaşdırır, banklar isə geniş POS şəbəkələri ilə bu prosesi dəstəkləyir.

phrase_var_article.chosen
45
50
demokrat.az

10phrase_var_article.sources