AZ

Lənkəran Dövlət Universitetinə ən çox bu regionun tələbələri ÜZ TUTUR

Hər il minlərlə abituriyent Azərbaycanın müxtəlif bölgələrindən ali təhsil almaq üçün Bakıya üz tutur. 

Regionlardan üz tutan tələbə sayında hər hansısa bir azalma və ya artma müşahidə edilir? 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Lənkəran Dövlət Universitetinə (LDU) sorğu ünvanlayıb.

Lənkəran Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova (LDU) bildirib ki, son illərdə universitetə regionlardan qəbul olunan tələbələrin sayında artım dinamikası qeydə alınır.

“Ötən illərin statistik məlumatlarına əsasən deyə bilərik ki, universitetimizə Cənub, Qərb və Şirvan bölgələrindən gələn tələbələrin sayında nəzərəçarpacaq qədər artım var. Eyni zamanda, paytaxt Bakıdan da universitetimizə üstünlük verən abituriyentlərin sayı artmaqdadır.

Hazırda qəbul prosesi davam etdiyindən bu il üçün konkret rəqəmlər hələlik məlum deyil. Universitet rəhbərliyi qəbul prosesi yekunlaşdıqdan sonra bu tendensiyaya dair daha dəqiq statistik məlumatları ictimaiyyətə təqdim edəcək.

LDU rəhbərliyi regionlardan olan tələbələrin ali təhsilə çıxış imkanlarının genişlənməsini müsbət hal kimi qiymətləndirir və bu istiqamətdə daha əlçatan və keyfiyyətli təhsil mühiti yaratmaq üçün addımlar atmaqdadır".

Seçilən
3
2
azedu.az

10Mənbələr