AZ

Çoxu istifadə edir, amma təhlükəlidir – Professordan XƏBƏRDARLIQ 

Son illər artıq çəkidən əziyyət çəkən bir çox insan arıqlamaq məqsədi ilə müxtəlif arıqladıcı çay və kofelərdən istifadə edir. Lakin mütəxəssislər bu məhsulların sağlamlığa zərərli olduğunu bildirirlər.

Bəs onların satışı niyə qadağan edilmir? Bu məsuliyyətə kim cavabdehdir – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), yoxsa Səhiyyə Nazirliyi?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, cəmiyyətdə “fit” görünmək tendensiyası formalaşıb:

“İnsanlar az qidalanmağa, daha çox hərəkət etməyə və sağlam həyat tərzi sürməyə çalışırlar. Amma bəziləri arıqlamaq üçün müxtəlif dərman və vasitələrdən istifadə etməyə üstünlük verirlər. Bu isə birmənalı şəkildə ziyanlıdır. Çünki bədəndən kalorinin atılması üçün hərəkət və fiziki aktivlik vacibdir. Orqanizmə qəbul edilən kalori ilə gündəlik enerji sərfiyyatı arasında balans olmalıdır. Arıqladıcı çaylar, kofelər və müxtəlif preparatların uzun müddət istifadəsi orqanizmə ciddi zərər verə bilər. Bəzi dərmanların, hətta bədəni ekstremal vəziyyətə salması mümkündür”.


Professor qeyd edib ki, belə məhsulların əksəriyyəti özbaşına istehlak edilir:

“Azərbaycana daxil olan dərman vasitələri ilkin olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlanılır, təhlükəsizlik göstəriciləri dəyərləndirilir. Daha sonra Qida Təhlükəsizliyi Agentliyi istifadəyə icazə verir. Lakin bu, onların həkim məsləhəti olmadan istifadəsinə əsas vermir. Hətta reseptlə satılan preparatlar belə həkim nəzarətində qəbul olunmalıdır. Əsas məsələ həmin vasitələrin qeydiyyatında deyil, düzgün istifadəsindədir. Bəzi preparatların tərkibində vitaminlər, mikroelementlər və digər faydalı maddələr olsa da, onların uzun müddət istifadəsi yalnız mütəxəssis nəzarəti altında olmalıdır”.

Seçilən
16
24
referans.az

10Mənbələr