AZ

Türkiyədə yeni bələdiyyə başçısı seçildi - Sacit Terzi səs çoxluğu ilə qalib gəldi

Şilə Bələdiyyə Başçısı Özgür Kabadayının həbsindən sonra onun yerinə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Sacit Terzi seçilib.

News365.az xəbər verir ki, İstanbul Valiliyinin 17 iyul tarixli açıqlamasının ardından toplanan bələdiyyə məclisində, Kabadayının həbsi və vəzifədən uzaqlaşdırılması ilə boşalan bələdiyyə başçısı vəzifəsini müvəqqəti icra edəcək şəxsin seçilməsi üçün səsvermə keçirilib.

Məclisdə CHP-nin 8, AK Partiyanın 4, MHP-nin 1 və müstəqil üzvlərin 2 yeri var. 5393 saylı Bələdiyyə Qanununa əsasən, sədr müavini məclis üzvlərinin sadə səs çoxluğu ilə seçilir.

İlk iki turda üçdə iki səs çoxluğu təmin olunmasa, üçüncü turda ən çox səs toplayan namizəd sədr müavini seçilir.

Seçimdə CHP qrupu Sacit Terzini namizəd göstərərkən, Cümhur İttifaqının namizədi Kaya Kocaman olub

Seçilən
10
17
news365.az

10Mənbələr