AZ

İbrahim Kalın “Terrordan azad Türkiyə” üçün siyasi partiyalarla görüşlərə başladı

MİT rəhbəri İbrahim Kalın saat 12:30-da MHP sədri Dövlət Baxçelini, saat 14:00-da AK Partiyanı, saat 15:30-da isə DEM Partiyasının parlament fraksiyasını ziyarət etməli idi.

News365.az xəbər verir ki, Kalın ilə Baxçeli arasında görüş artıq başlayıb.

“Terrordan azad Türkiyə” təşəbbüsü çərçivəsində Türkiyə Böyük Millət Məclisində yaradılması planlaşdırılan komissiya ilə bağlı proses sona yaxınlaşıb.

Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, TBMM-də təmsil olunan siyasi partiyalara “Terrordan azad Türkiyə” layihəsi çərçivəsində görüləcək işlərlə bağlı ziyarətlər həyata keçirəcək.

Bu günkü ilk ünvan MHP lideri Dövlət Baxçeli olub. Onların görüşü başlayıb.

phrase_var_article.chosen
30
10
news365.az

10phrase_var_article.sources