Xəzər dənizinin səviyyəsi bütün müşahidə dövrü ərzində minimumdan aşağı düşüb.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a Xəzər Elmi-Tədqiqat Balıqçılıq İnstitutunun Volqa-Xəzər bölməsindən bildirilib.
Baltik yüksəkliklər sisteminə görə, dənizin səviyyəsi mənfi 29 m-dir: "Dəniz səviyyəsinin azalması Rusiya və Qazaxıstan sahillərini yuyan ən dayaz şimal hissəsində özünü göstərir.
Xəzər dənizi 1990-cı illərin ortalarından başlayaraq azalmağa başlayıb, 2020-ci ildən isə demək olar ki, 0,8 m azalıb. Bu azalma dənizin əsas su mənbəyi olan Volqanın illik axınının azalması ilə əlaqədardır".
O da qeyd edilib ki, atmosferdə istixana qazlarının artması ilə əlaqədar olaraq temperatur yüksəlir ki, bu da dəniz və çayların səthindən suyun daha sürətlə buxarlanması deməkdir. Bundan əlavə, insanlar suvarma üçün sudan fəal istifadə edir, Xəzər dənizini qidalandıran çaylardan sənaye və mənzil-kommunal təsərrüfatının tələbatı artır.
Xəzər dənizi Yer kürəsinin ən böyük qapalı su hövzəsidir. Xəzər dənizinə 130-dan çox çay axır, onlardan ən böyüyü Volqa, Ural, Terek, Sulak və Samurdur. Xəzər dənizi ilə beş ölkə həmsərhəddir: Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran.
Ağarza Elçinoğlu