Qırğızıstan Rusiya biznesi üçün əsas hab olmaqdan çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə qərğız mediası məlumat yayıb. Bildirilir ki, Qırğızıstan Rusiya biznesi üçün əsas ödəniş mərkəzi olmaqdan çıxıb.
Qeyd olunur ki, Qırğızıstan bankları vasitəsilə hesablaşmalar daha uzun və bahalaşıb, bəzi hallarda tamamilə qeyri-mümkün olub.
İndi rublla ödənişlərin əksəriyyəti bir hesablaşma bankından və ödənişli malların Qırğızıstan ərazisinə faktiki çatdırılması ilə keçməlidir.
Xuraman Etibarlı
İnterpress.az