AZ

“Chevron” neft aktivləri uğrunda mühüm qələbə qazandı

Amerikanın “Chevron” neft və qaz şirkəti “Exxon Mobil” ilə uzun sürən mübahisədə qalib gələrək, son onilliklərin ən böyük sövdələşməsini – dünyanın ən perspektivli neft layihələrindən biri olan Qayanadakı “Hess” yatağına çıxışı 53 milyard dollara alınmasını tamamlamaq imkanı qazanıb, “The Wall Street Journal” yazır.

“Chevron” şirkəti “Hess” yatağının alışı ilə bağlı hələ 2023-cü ilin oktyabrında razılığa gəlib. Məlumata görə, “Chevron”un payına Qayanadakı “Stabroek” blokun 30%-i düşməli idi. “Exxon” layihənin operatorudur və 45%-ə, Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) isə daha 25%-ə sahibdir. Hər ikisinin yatağı almaq üçün prioritet hüququ var idi, buna görə də “Exxon” 2024-cü ilin mart ayında məhkəməyə müraciət etdi, “Chevron” isə korporativ ələ keçirmənin buna aid olmadığını bildirdi. Cümə günü beynəlxalq arbitraj məhkəməsi “Chevron”un tərəfini tutdu və “Exxon”un iddialarını rədd etdi.

WSJ qeyd etdiyi kimi, uzun sürən məhkəmə çəkişmələri “Chevron”un səhmlərinin qiymətinə mənfi təsir göstərib və bütün sövdələşməni təhlükə altına qoyub. Mübahisədə qələbə şirkətin mövqeyini gücləndirib və investorların uzunmüddətli perspektivləri ilə bağlı bəzi narahatlıqlarını aradan qaldırıb.

Seçilən
15
5
banker.az

6Mənbələr