AZ

Çində işə getmək istəməyənləri müalicə edən klinika açılıb

Çinin Hebey əyalətində qeyri-adi tibbi xidmət - "İşə getmək istəməyənlərin müalicəsi üzrə klinika" açılıb.
 
Moderator.az "South China Morning Post"a (SCMP) istinadən xəbər verir ki, İnteqrasiya edilmiş Ənənəvi Çin və Qərb Tibb Xəstəxanasının təşəbbüsü artıq səs-küyə səbəb olub.
 
Yuxu və psixologiya şöbəsinin direktoru Yue Limin izah edib ki, klinikanın yaradılması ideyası məktəblilər üçün oxşar layihənin uğurundan sonra yaranıb. Belə ki, övladlarını "Mən məktəbə getməyi sevmirəm" klinikasına gətirən valideynlər tez-tez böyüklər üçün də analoji yardım haqqında soruşublar.
 
Klinikanın mütəxəssisləri peşəkar tükənmişlik, emosional qeyri-sabitlik hissi yaşayan və ya işlərinin mənasız olduğunu düşünən xəstələrə kömək edirlər. Yue vurğulayıb ki, klinika kömək üçün müraciət edən şəxslərə psixoloji maneəni azaltmaq üçün narahatlıq və ya depressiya terminlərindən qəsdən yayınır.
 
Diaqnostikaya psixoloji müsahibələr, xəstəlikləri (məsələn, hipertireoz) istisna etmək üçün fiziki müayinələr və fərdi terapiya planlarının hazırlanması daxildir. Layihəyə yüksək marağa baxmayaraq, Yue Limin qeyd edib ki, hələlik müraciət edən xəstələrin sayı elə də çox deyil.
Seçilən
28
49
moderator.az

10Mənbələr