AZ

Oxuya-oxuya pul qazanmaq- təcrübə yoxsa yük?

Son illərdə ali təhsil alan tələbələr arasında işləmək praktikasına üstünlük verənlərin sayı artmaqdadır. Bu seçim həm iqtisadi səbəblərlə, həm də gənclərin erkən yaşlardan həyat və peşə bacarıqları əldə etmək istəyi ilə əlaqələndirilir. Məsələyə münasibət bildirən sabiq millət vəkili, Əməkdar müəllim Sona Əliyeva tələbələrin iş həyatına atılması ilə bağlı həm müsbət, həm də riskli məqamlara diqqət çəkib: “Hazırda təhsili davam edə-edə işləyən tələbələrin sayı artmaqdadır. Bu tendensiyanı təkcə iqtisadi zərurət deyil, həm də gənclərin erkən yaşda həyat bacarıqları qazanmaq istəyi formalaşdırır".

Bu addım onların məsuliyyət hissini gücləndirir

"Əlbəttə, bu addım onların məsuliyyət hissini gücləndirir, əmək bazarına daha hazırlıqlı daxil olmalarını təmin edir.

Lakin unutmayaq ki, tələbənin əsas vəzifəsi öyrənməkdir. İş prosesi ali təhsilin keyfiyyətinə təsir göstərirsə,əmək burada narahatlıq doğuran məqamlar yaranır. Əgər iş təcrübəsi təhsili tamamlayırsa - yəni ixtisasla bağlıdırsa və ya vaxt bölgüsü balanslıdırsa, bu, şübhəsiz, müsbət haldır".

Yanaşma fərdi olmalıdır

"Əks halda, erkən iş həyatına atılmaq tələbənin həm akademik göstəricilərinə, həm də psixoloji sağlamlığına mənfi təsir edə bilər.

Məncə, bu məsələdə yanaşma fərdi olmalıdır. Hər tələbə öz imkanlarını, məqsədlərini və fiziki-psixoloji gücünü düzgün qiymətləndirməlidir. Dövlət və universitetlər isə bu prosesi tənzimləyəcək mexanizmlər hazırlamalı, xüsusilə də işlə təhsil arasında körpü rolunu oynayan ikili proqramların sayı artırılmalıdır".

Seçilən
4
25
azedu.az

10Mənbələr