Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qəzzada son 24 saat ərzində ən azı 18 fələstinli aclıqdan ölüb, bununla da bölgədə ölənlərin ümumi sayı 86-ya çatıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veir ki, Qəzzada səhiyyə rəsmiləri bildiriblər ki, son 24 saatda ən azı 18 fələstinli aclıqdan ölüb və mart ayından bəri bölgədə ölənlərin sayı 86-ya çatıb, onlardan 76-sı uşaqdır.
Bazar günü mətbuata açıqlama verən rəsmilər iki milyondan çox əhalisi olan Qəzzədəki vəziyyəti "səssiz qırğın" kimi qiymətləndirərək, bölgədə təxminən 17 min uşağın ağır qida çatışmazlığından əziyyət çəkdiyini əlavə edib.
Səlahiyyətlilər ərzaq və dərman axınına icazə vermək üçün sərhəd keçidlərinin dərhal açılmasını tələb edib.
Gülay
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.