ABŞ-də cərrahlar əməliyyat masasında dayanan ürəyi canlandıraraq 3 aylıq körpəyə köçürüblər.
7News.Az Qərb mediasına istinadən xəbər verir ki, uğurla həyata keçirilən prosedur müzakirələrə səbəb olub.
Elmi hesabata görə, transplantasiyadan 6 ay sonra körpədə ürək çatışmazlığı və ya disfunksiya müşahidə edilməyib.
Mütəxəssislər bu uğuru körpələrin ürəyi kimi kiçik orqanlar üçün hazırlanmış masaüstü reanimasiya üsulu ilə əlaqələndirirlər.
Bəzi tənqidçilər iddia edirlər ki, ürəyi dayanmış xəstələrin yenidən həyata qaytarılması ölümün tərifini gizlədə bilər.
7News.Az