Ermənistan və Azərbaycan həqiqətən sülh müqaviləsinin imzalanmasına yaxındır.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

Onun sözlərinə əsasən, Minsk qrupunun ləğvi və ilkin imzalanma məsələsi fəal müzakirə olunur, lakin bütün detallar hələ razılaşdırılma mərhələsindədir.

Həmçinin mətbuat katibi qeyd edib ki, Ermənistan regionda nəqliyyat əlaqələrinin tam açılmasında maraqlıdır.

Leqal.info