AZ

“Brent”in barreli 69,38 dollara kimi bahalaşıb

Finss.az xəbər verir ki, neft qiymətləri ötən həftənin enişindən sonra bazar ertəsi günü bir qədər yüksəlir.

Treyderlərin diqqəti hələ də ABŞ prezidenti Donald Trampın avqustun 1-dən bəzi ölkələrə gömrük rüsumları tətbiq etmək planı ilə bağlı ticarət tərəfdaşları ilə danışıqlara yönəlib.

“Financial Times” öz mənbələrinə istinadən yazıb ki, Tramp Avropa İttifaqı ilə ticarət danışıqlarında tələblərini sərtləşdirərək, blok üçün minimum 15-20% tariflərdə israr edib. FT mənbələri bildiriblər ki, Aİ-nin ticarət komissarı Maroş Şefçoviç keçən həftə Vaşinqtonda aparılan danışıqların gedişatını kifayət qədər bədbin qiymətləndirib.

Bloomberg xəbər verir ki, Aİ ölkələri ABŞ-la ticarət sazişinin bağlanmadığı təqdirdə ABŞ-ın tariflərinə cavab olaraq bu həftə tədbirlər planı üzərində razılığa gəlməyi planlaşdırır.

Seçilən
13
17
fins.az

10Mənbələr