Bu il peşə təhsili üzrə qəbul planına 10 yeni ixtisas əlavə edilib.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışında deyib.
“Bu ixtisaslar yüksək texniki ixtisaslar və texniki ixtisaslardır. Yüksək texniki ixtisaslara rəqəmsal məzmun idarəçiliyi, mexatronika, istehsalata rəqəmsal nəzarət sistemləri, tədbirlərin təşkili, satış və marketinq, texniki ixtisaslarda isə rəqəmsal inşaat, 3D oyun dizaynı, avtomobil daşımaları operatoru, qaz kəmərləri çilingəri aiddir”, – o bildirib.
Direktor qeyd edib ki, gələn ilin sonunadək 9200 vətəndaşın yüksək texniki peşə təhsilinə cəlb olunması nəzərdə tutulub. Texniki peşə ixtisası üzrə 27 400 yer nəzərdə tutulub
Eyni zamanda, o qeyd edib ki, Code Academy, CASA, İMZA Group ilə əməkdaşlıq nəticəsində beynəlxalq sertifikatlı təhsil imkanları yaradılıb.
APA