Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması
Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda yol vergisindən azaddır:
- dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində göstərilən son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;
- xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan ərazisindəki bu Qaydanın 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində göstərilən ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.
Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq gömrük ərazisinə yüklə və ya yüksüz daxil olur.
Bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycanın gömrük sərhədindən yüksüz keçərkən Gömrük Məcəlləsinə uyğun olaraq bəyan edilir.
Bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycanın gömrük sərhədindən yüklə keçərkən Gömrük Məcəlləsinə uyğun olaraq, daşıdığı yüklə eyni vaxtda bəyan edilir.