"Chelsea" klubunun ulduz futbolçusu Cole Palmer şəxsi həyatı ilə gündəmə gəlib.
Yenisabah.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu sevgilisi Connie Gracenin evlilik təklifini qəbul etməyib.
Palmerin bu qərarı verməsinin səbəbi kimi, karyerasına fokuslanmaq istəyi göstərilib. Bildirilir ki, Connie Grace uzun müddətdir futbolçunu evliliyə razı salmağa çalışsa da, Palmer hələ gənc olduğunu və peşəkar inkişafına önəm verdiyini bildirib. pizza
Cütlük bu hadisədən sonra sosial şəbəkələrdə bir-birini izləmədən çıxarıb və birlikdə paylaşdıqları fotoları silib. Bu ayrılıq, sosial mediada geniş rezonans doğurub və hər iki şəxs İngiltərədə ən çox müzakirə olunan adlar arasında yer alıb./unikal.az
Telegram kanalımız