AZ

İsrail Qəzzanın mərkəzi hissəsində hərbi əməliyyata başlayıb

İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Balah şəhərinə irimiqyaslı hücuma başlayıb.

Bu barədə “Report” BBC-yə istinadən məlumat verir.

Hava əməliyyatı səhər saatlarında şəhərin cənub-qərb hissəsindəki altı məhəllənin sakinlərinə təxliyə xəbərdarlığı edildikdən cəmi bir neçə saat sonra başlayıb.

Hazırda bu əraziyə Rəfah və Xan-Yunisdən olan minlərlə məcburi köçkün sığınıb.

KİV-in məlumatına görə, Əbu əl-Acin və Hikr əl-Cami bölgələrinə onlarla mərmi düşüb. Minlərlə sakin artıq şəhəri tərk edərək Qəzzanın cənubunda nisbətən təhlükəsiz yerlərdən biri olan Əl-Məvasi sahil zonasına üz tutub.

BMT mülki əhali üçün əməliyyatın riskləri barədə xəbərdarlıq edib. Təşkilat Deyr əl-Balahda humanitar yardım anbarlarının, tibbi klinikaların və əsas su təchizatı obyektlərinin yerləşdiyini xatırladıb - onların dağıdılması fəlakətli nəticələrə səbəb ola bilər.

Seçilən
109
8
report.az

8Mənbələr