AZ

Baş nazir qərar imzalayıb

Azərbaycan Respublikasının Nazirlər Kabineti xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydasını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması Qaydası” 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək və iki il müddətinə tətbiq olunacaq.

Qaydaların təsdiqi Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələri, 2024-cü il dekabrın 16-da qəbul edilmiş Vergi Məcəlləsində dəyişikliklər və Prezidentin 2024-cü il dekabrın 27-də imzaladığı fərman əsasında həyata keçirilir.

Nazirlər Kabinetinin bu qərarı xarici yük avtomobillərinin Azərbaycan ərazisində yol vergisindən azad edilməsi ilə bağlı hüquqi tənzimləmələri təmin edir. 

Seçilən
20
13
bakivaxti.az

10Mənbələr