AZ

Qadınların peşə təhsilində iştirakı 40 faizə yüksəldi

BAKI, 21 iyul. TELEQRAF

Qadınların peşə təhsilində iştirakı 2021-ci ildə 29.6 faizdən 2025-ci ildə 40 faizə yüksəlib.

Teleqraf xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, bir sıra mərkəzlərdə ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb: “Məsələn, Lənkəran buna nümunədir. Ümumilikdə qəbul yerlərinin 60 faizi regionlar üçün nəzərdə tutulub”.

Ceyhun Kərəmov qeyd edib ki, ən çox plan yeri aşpaz, dərzi, elektrik montyoru, mühərrik, bərbər-vizajist kimi ixtisaslara ayrılıb.

phrase_var_article.chosen
15
21
teleqraf.com

10phrase_var_article.sources