AZ

İsrailin Rusiyadakı səfiri missiyasını oktyabrın əvvəlində bitirəcək

İsrailin Moskvadakı səfiri Simona Qalperinin missiyasını oktyabrın əvvəlində başa vuracağı gözlənilir.

Operativ Media xəbər verir ki, bu barədə Yəhudi dövlətinin diplomatik nümayəndəliyi məlumat yayıb.

Qeyd edilib ki, yeni namizəd hələ müəyyən edilməyib.

Səfirlikdən bildirilib ki, Qalperinin missiyasının başa çatması yeni təyinatla bağlıdır. O, İsrail Xarici İşlər Nazirliyinin Avropa Departamentinə rəhbərlik edəcək.

 

Gözəl Azadəliyeva

Seçilən
30
41
operativmedia.az

10Mənbələr