İyulun 21-nə keçən gecə Ukrayna silahlı qüvvələrinə məxsus pilotsuz təyyarələr Moskvaya növbəti hücum həyata keçiriblər.
Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan Moskva meri Sergey Sobyanin bildirib.
Sobyanin PUA-ların hamısının vurulduğunu desə də, Baza Telegram kanalının yaydığı videolarda çəhərin müxtəlif ətazilərində yanğınbların baş verdiyi götünür.
"Təcili yardım xidmətləri işləyir. Bütün lazımi tədbirlər görülür” – deyə Sobyanin qeyd edib.
“Rosaviatsiya” gecə saatlarında Moskvanın bütün dörd hava limanının: Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovskinin fəaliyyətinə məhdudiyyətlər qoyub.
PUA hücumları Rostov vilayətində də qeydə alınıb. Zərər çəkmiş çəhərlər sırasında ər Novoşaxtinsk, Şaxtı və Novoçerkasskın adə çəkilir. Regionun rəhbəri Yuri Slyusar bildirib ki, bir neçə yerdə dyanğınlar baş verib. Kamenolomnı kəndindəki dəmiryol vağzalına da zərər dəyib və nəticədə sərnişin qatarlarının hərəkətində fasilələr yaranıb.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə Hava Hücumundan Müdafiə Qüvvələrin 23-ü Moskva vilayəti ərazisi üzərində olmaqla 74 Ukrayna pilotsuz uçuş aparatını, o cümlədən 15 pilotsuz təyyarəni vurublar.
Elcan
Missiya.Az