AZ

Azərbaycan Rusiyanı məhkəməyə verməyi planlaşdırır

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da bildirib ki, rəsmi Bakı Rusiyanı beynəlxalq məhkəməyə verəcək.

Əliyev AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulması ilə bağlı sualı cavablandırarkən belə deyib.

Azərbaycan lideri artıq beynəlxalq məhkəməyə müraciət üçün hazırlıqların getdiyini deyib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

O, qəzanın araşdırılması ilə bağlı Rusiya tərəfini məsuliyyətsiz davranmaqda günahlandırıb.

"Yeddi aydır ki, biz cavab ala bilmirik. Bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır", - İlham Əliyev diqqətə çatdırıb.

Azərbaycan iddia edir ki, ötən ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya səmasında vurulduqdan sonra Aktauda qəzaya uğrayıb.

Rusiya isə əvvəlcə təyyarənin göydə quş dəstəsi ilə toqquşması nəticəsində qəzaya uğradığını bildirmişdi.

Daha sonra isə Rusiya dövlət mediası sərnişin təyyarəsinin Ukrayna dronu ilə vurulduğunu yazmışdı.

İlham Əliyev isə çıxışında bu iddiaları rədd edib.

"Guya, Ukrayna dronu bizim təyyarəmizlə toqquşmuşdur. Bu gülünc bir iddia, təklif, versiya idi. Təyyarəmizə qarşı iki dəfə hücum olub. Təsəvvür edin ki, Ukrayna dronu gəlir, Azərbaycan təyyarəsini hədəf alır, sonra qayıdır gedir və ikinci dəfə yenə bizim təyyarə ilə toqquşur. Yəni, bu uşaq bağçası səviyyəsində hekayədir, biz bilirik nə baş verib", - Prezident Əliyev qeyd edib.

İlham Əliyev bu məsələ ilə bağlı məhkəmə prosesinin uzun illər aparacağını da istisna etməyib.

Bununla belə, o rəsmi Bakının ədalətə nail olacağını diqqətə çatdırıb.

Təyyarənin qəzaya uğraması nəticəsində 40-a yaxın sərnişin həyatını itirib.

Azərbaycan Rusiya tərəfindən təyyarəni vurduğunu etiraf etməyi, bunu edənlərin cəzalandırlmasını və təzminat tələb edir.

Video açılmırsa, YouTube kanalımızda baxın.

Seçilən
174
14
bbc.com

10Mənbələr