BAKI, 21 iyul. TELEQRAF
"Prezident İlham Əliyev və Birinci vitse-prezidentMehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpası və canlandırılması istiqamətində böyük işlər görülür".
Teleqraf xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib.
"Bu prosesdə media nümayəndələrinin də xüsusi rolu vardır. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaqda sizin fəaliyyətiniz xüsusilə dəyərlidir.
Azərbaycan mədəniyyəti dünyada özünəməxsusluğu və zənginliyi ilə seçilir. Bu mədəniyyəti qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin üzərinə düşən vacib vəzifədir.Bu gün Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız da siz media nümayəndələrinin yaratdığı mədəni məzmunlar vasitəsilə Vətənlə bağlılıqlarını qoruyurlar. Sevindirici haldır ki, bu gün mədəni məzmunlarınsayı artmaqdadır. Bu da ümumilikdə cəmiyyət üçün müsbət və faydalı nəticələr doğurur", - deyə nazir vurğulayıb.
Mədəniyyət naziri onu da qeyd edib ki, qlobal proseslərin təsiri ilə qarşılaşdığımız ciddi təhdidlər fonunda yeni texnoloji imkanlardan istifadə edərkən olduqca diqqətli olunmalıdır: "Bu imkanlardan düzgün faydalanmaq mədəni dəyərlərimizin qorunması baxımından həyati əhəmiyyət daşıyır".