Xəzər dənizinin səviyyəsi rekord həddə enib.
Operativ Media xəbər verir ki, bu barədə TASS-a Xəzər Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun Volqa-Xəzər bölməsindən bildiriblər.
Baltik dənizi hündürlük sisteminə görə o, mənfi 29 metrdən azdır.
Dəniz səviyyəsinin aşağı düşməsi daha çox Rusiya və Qazaxıstan sahillərində nəzərə çarpır.
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından bəri azalmaqda davam edir. 2020-ci ildən isə demək olar ki, bu göstərici 0,8 m azalıb. Azalma dənizin əsas su mənbəyi olan Volqanın illik axınının azalması fonunda baş verib. Şirin su axınının azalması davam edir.
Gözəl Azadəliyeva