AZ

Melkonyan: “Sünikdən keçən dəhliz pantürkizm layihəsinin tərkib hissəsidir” – ÖZƏIL

Olaylar.az xəbər verir ki, türkoloq Ruben Melkonyan "Sputnik Ermənistan"a açıqlamasında bildirib ki, Sünikdən keçən dəhlizin əldə olunması pantürkizm layihəsinin bir hissəsidir və bu plan Ermənistan və İran əraziləri hesabına həyata keçirilir.

O qeyd edib ki, Ermənistan hökuməti dəfələrlə "dəhliz məntiqinə" qarşı olduğunu bəyan etsə də, baş nazir Nikol Paşinyanın son açıqlamaları bunun əksini göstərir. Paşinyan Sünikdən Naxçıvana keçən yolun idarəsinin özəl şirkətə verilə biləcəyini, bu layihədə ABŞ və Aİ-nin də maraqlı olduğunu qeyd etmişdi.

Melkonyana görə, bu, sadəcə yol deyil, Türkiyə, Azərbaycan, Mərkəzi Asiya və Çin arasında əlaqəni təmin edən strateji layihədir. O bildirib ki, Ankara və Bakı Sünikdə, İranla sərhədə paralel uzanan konkret bir hissəni əldə etmək istəyirlər və bu, Ermənistan-İran sərhədinin faktiki olaraq kəsilməsi deməkdir.

Melkonyan əlavə edib ki, bu yol Ermənistanın dövlətçiliyinə təhdiddir və növbəti mərhələdə Türkiyə və Azərbaycan Sünik və Vayots Dzorun tam nəzarətə götürülməsini tələb edəcəklər - bu, həm "yumşaq güc", həm də mümkün hərbi ssenari ilə baş verə bilər.

O vurğulayıb ki, pantürkizm layihəsi Ermənistanla yanaşı, İran, Rusiya və Çinin də bəzi ərazilərini hədəf alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
23
olaylar.az

10Mənbələr