Azad edilmiş ərazilərdə daha 79 mina, 178 PHS aşkarlanıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Ajans.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 73 piyada əleyhinə mina, 6 tank əleyhinə mina, 178 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.