Olaylar.az xəbər verir ki, bu barədə "İndependent Türkçe" diplomatik mənbələrə istinadla məlumat yayıb.
Qeyd olunur ki, bu il ərzində Moskva və Kiyev üç illik fasilədən sonra ilk dəfə birbaşa görüşlər təşkil ediblər. İlk görüş mayın 16-da, ikinci isə iyunun 2-də baş tutub.
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, tərəflər əsir və yaralıların mübadiləsi məsələsində razılığa gəliblər və həmin razılaşmalar icra olunmaqda davam edir.
Yeni görüşdə bu proseslərin davam etdirilməsi və digər humanitar məsələlərin də müzakirə olunacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31