AZ

Milli mətbuatın inkişafı üçün ölkəmizdə əlverişli şərait yaradılıb - Kamaləddin Qafarov

Bakı. Trend:

Bu günlər ölkəmizdə milli mətbuatımızın yaranmasının 150 illiyiqeyd olunur. Bildiyimiz kimi, Azərbaycan milli mətbuatının əsası1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması iləqoyulub. Görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabitərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi”qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanınictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür.

Bu sözləri Milli mətbuatımızın 150 illiyi ilə əlaqədar mətbuataverdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarovdeyib.

O bildirib ki,“Əkinçi”nin 1875-ci il iyulundan 1877-ci ilinsentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycanmilli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz roluolub. “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın milli mətbuatınıninkişaf yolunu yüksək qiymətləndirərək demişdir: “Millimətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq,müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir.“Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrundamücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindənöyrənmişik.” Həmin dövrdə Rusiya imperiya dairələri qəzetininsanların maariflənməsində, ictimai-siyasi proseslərə dahayaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sondaqəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmlimaarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi vədemokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədiifikrin inkişafına böyük təsir göstərmişlər. Artıq ötən əsrinəvvəllərində “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Həyat”,“Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”,“Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet vəjurnal anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar".

K.Qafarov müstəqillik illərində milli mətbuatımızın inkişafıyönümündə Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilənönəmli islahatlardan bəhs edib:

“Bütün digər sahələrdə olduğu kimi, milli mətbuatımızıninkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.1993-cü ildən başlayaraq Ümummilli Liderin rəhbərliyi ilə həyatakeçirilən və ictimai həyatın bütün sahələrini əhatə edən köklüislahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığınıməhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianınfəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazasıyaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyiningücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolununyüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Birmənalıolaraq deyə bilərik ki, demokratik KİV-in inkişafında əldə olunmuşnailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısınəticəsində artmışdır. Həyata keçirilən islahatlar millimətbuatımızın dayanıqlı inkişafına səbəb olmuşdur. Nəticə olaraqAzərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşmasıvə inkişafı üçün geniş imkanlar yaranmışdır. O cümlədən, 1998-ciildə Ulu Öndər tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlətsenzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığınınəsası qoyuldu və bu, mətbuatın inkişafına güclü təkan verdi”.

Millət vəkili son illər ərzində milli mətbuatımızın inkişafıüçün ölkəmizdə xüsusilə əlverişli şəraitin yaradıldığınıvurğulayıb: “Ölkə Prezidenti cənab İlham Əliyev mətbuatımızınqabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla və eyni zamandaxalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsinivacib hesab edir, söz və mətbuat azadlığını demokratiyanınfundamental şərti kimi dəyərləndirir. Birmənalı olaraq deyə bilərikki, Ulu Öndər Heydər Əliyevin mətbuata və bu sahədə çalışaninsanlara göstərdiyi diqqət və qayğı bu gün cənab Prezident İlhamƏliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuatazadlığı tam təmin olunub. Hazırda respublikada çoxlu saydamüxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik uğurlainkişaf edir”.

Seçilən
20
8
az.trend.az

10Mənbələr