AZ

QHT “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasına başlayıb - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Beyləqan rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasına başlamışdır.

"Cebheinfo.az" xəbər verir ki, 18.07.2025- ci il tarixində Beyləqan rayonunda Gənclər evində “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində "Erkən uşaqlıq dövründə inkişaf" mövzusunda dəyirmi masa keçirıldi. Tədbirdə Regional Gender Mərkəzinin sədri, layihə rəhbəri Şərqiyyə Dadaşova, ekspert Səadət Məmmədova, Psixoloq Nəsimə Vəliməmmədova və valideynlər iştirak etdilər.Layihə rəhbəri Ş.Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi. Bildirdi ki, “məqsədimiz maarifləndirmə tədbirləri vasitəsilə valideyn uşaq münasibətlərində müsbət dəyişikliklərə nail olmaq və Nümunəvi Valideynlik İnstitutunu təşviq etməkdir.”

Ekspert S.Məmmədova erkən uşaqlıq dövrü haqda ətraflı məlumat verdi və Erkən yaşların bu qədər həlledici olmasının bəzi səbəblərini açıqladı. Bildirdi ki,”Erkən uşaqlıq dövründə valideyn övlad münasibətləri, uşaqların düzgün tərbiyə olunması cəmiyyətin gələcəyi üçün çox mühümdür”

Psixoloq N.Vəliməmmədova valideyn– uşaq münasibətlərindən, Erkən Uşaqlıq dövründə inkişafda Bəsləyici qayğının 5 kompanenti, valideynlər və azyaşli uşaqlar arasinda olan pozitiv qarşılıqlı münasibətin əsas  prinsipləri ilə bağlı ətraflı məlumat verdi.

Sonra Valideyn - uşaq münasibətləri və ailədaxili münaqişələrin uşaqların həyatında buraxdığı fəsadlar geniş müzakirə olundu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.

Ş. Dadaşova Beyləqan rayon İcra Hakimiyyəti başçısı cənab Əziz Əzizova, Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə xanım Məmmədovaya ,Baş məsləhətçi- Yetkinlikyaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Suliddin Əsgərov və Beyləqan Gənclər evi sosial xidmət müəssiəsinin direktoru Marat Əsgərova tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi.

Tədbirdə 23 nəfər valideyn iştirak etdi. İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.

"Cebheinfo.az"

Seçilən
2
50
cebheinfo.az

10Mənbələr