Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu haqda "Reuters"in mənbələrə istinadən verdiyi məlumatda deyilir.
"İsrail tankları çərşənbə axşamı Qəzza zolağında yük maşınlarından yardım almağa çalışan kütləyə atəş açıb, ən azı 59 nəfər həlak olub", - deyə agentlik yazıb.
Şahidlərin agentliyə verdiyi məlumata görə, İsrailtankları yardım almaq üçün Xan Yunis şəhərində toplaşan minlərlə insan kütləsinə azı iki mərmi atıb.
İsrail ordusu "Reuters"ə tanklar tərəfindən atəş açıldığını təsdiqləyib və hadisənin araşdırıldığını bildirib.
Hadisə nəticəsində 59 nəfərin həlak olduğu, azı 221 nəfərin isə yaralandığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31