AZ

Rusiya Ukrayna ehtiyatlarını FAB-la vurdu

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Rusiya qoşunları Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin ehtiyatlarının yerləşdiyi məntəqələrə partlayıcı aviabombalar (FAB) ilə zərbə endirərək məhv edib. Bu barədə Donetsk Xalq Respublikası (DXR) rəhbərinin müşaviri İqor Kimakovski TASS agentliyinə məlumat verib. Onun sözlərinə görə, zərbə nəticəsində Ukrayna hərbçilərinin bir taburu məhv edilib. Kimakovski əlavə edib ki, USQ əsgərləri yaxınlarda bu əraziyə “Zelenı Qay” yaşayış məntəqəsini müdafiə etmək üçün göndərilmişdi. “İvanovkada FAB-larla düşmənin taburu məhv edilib, 10 nəfər yaralanıb. Bu ehtiyat birləşmə idi. Onlar hətta Zelenı Qayı müdafiə etmək üçün qruplar göndərə bilməmişdilər. Onlar cəbhə xəttinə göndərildikdən dərhal sonra məhv ediliblər”, — deyə o bildirib.

Əvvəllər məlum olmuşdu ki, Rusiya qoşunları Dnepropetrovsk vilayətində Zelenı Qay yaşayış məntəqəsinə hücumları davam etdirir. Bildirilir ki, ərazi uğrunda küçə-küçə döyüşlər gedir.

Seçilən
19
18
Ajans.az

10Mənbələr