Masallıda 20 yaşlı gənc kanalda boğuldu
Masallıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Demokrat.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Əliyev İbad Güloğlan oğlu Şərəfə kanalında boğularaq ölüb.
Belə ki, 20 yaşlı gənc iyulun 19-u qardaşı Ramin Əliyevlə birlikdə balıq tutmaq üçün yaşadığı evdən təxminən 500 metr məsafədə yerləşən kanalın kənarına gedib. Burada balıq tutan zaman o, kanala düşüb.
İ.Əliyevin meyiti qardaşı tərəfindən sudan çıxarılıb.