Qəzzada 24 saat ərzində ən azı 115 fələstinli həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Hərbçilər anklavın şimalındakı Zikim keçid məntəqəsində yardım gözləyən 79 nəfəri, zolağın cənubundakı Rəfah və Xan Yunisdəki yardım paylama məntəqələrində isə daha 13 nəfəri öldürüb.
Qəzzanın səhiyyə orqanları son bir gündə 19 nəfərin aclıqdan öldüyünü açıqlayıb.
Daha əvvəl Əl-Cəzirə Qəzza Səhiyyə Nazirliyinə istinadən xəbər vermişdi ki, zolaqdakı xəstəxanalardakı təcili yardım şöbələri misli görünməmiş sayda ac insanlarla dolub.