AZ

Yayda sağlam qidalanmanın sirrləri

Yay aylarında artan istilər sağlam qidalanmanı daha da vacib edir.

 

Pravda.az bildirir ki, isti havalarda ağır yeməklərdən, yağlı və qızartmalardan uzaq durmaq lazımdır. Orqanizmin maye və mineral itkisinin qarşısını almaq üçün bol su içilməli, ayran, limonad, kompot və meyvə suları üstünlük təşkil etməlidir.

 

Yay menyusuna əsasən yüngül və asan həzm olunan qidalar – zeytun yağlı yeməklər, tərəvəz və meyvə salatları, soyuq şorbalar, qatıq və yulaf qarışıqları daxil edilməlidir. Qarpız, yemiş, çiyələk kimi su tərkibli meyvələr həm sərinlədir, həm də bədəni nəmləndirir.

 

Uzaq durulmalı qidalar arasında isə duzlu, çox yağlı, acılı yeməklər, qazlı və şəkərli içkilər yer alır. Qidaların düzgün saxlanılması, xüsusilə mayonez, ət və toyuq məhsullarının tez xarab ola bilməsi nəzərə alınmalıdır.

 

Qidalanma balansı qorunmalı, gün ərzində 2,5–3 litr su içilməli və paketlənmiş məhsullardan mümkün qədər çəkinilməlidir.

 

Əminə Bayramova

Tarix: 21 İyul 2025, 08:06   
Seçilən
0
10
pravda.az

2Mənbələr