AZ

Von der Leyen və Kosta Çinə səfər edəcək

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta iyulun 24-də Çinə səfər edəcəklər...

Poliqon bu barədə xarici mətbuata istinadən xəbər verir.

Çin Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, səfər Çin və Aİ arasında əldə olunan razılaşmalara uyğun olaraq həyata keçirilir.

İyulun 18-də Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində yeddi Çin və dörd türk şirkətinə məhdudiyyətlər qoyub.

İyulun 8-də Ursula fon der Leyen Çini Rusiya ilə əməkdaşlığa və Ukrayna münaqişəsindəki mövqeyinə görə tənqid edib.

Poliqon.info 

Seçilən
28
12
poliqon.info

10Mənbələr