BAKI, 21 iyul. TELEQRAF
Yakutiyada (Rusiya) mədəndəçalışanfəhlələri daşıyan avtobusun uçurumdan aşması nəticəsində 13 nəfər ölüb.
Teleqraf xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi yayıb.
“KAMAZ” markalı yük maşınının sürücüsü mədəndən çıxarkən 30 metrlik qayadan aşıb.
Qəza zamanı avtomobildə 33 nəfər olub. Xilasedicilər bütün yaralıları və ölənləri çıxara biliblər. Son məlumatlara görə, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: 10 nəfər xəstəxanaya yerləşdirilib (ikisinin vəziyyəti ağır), daha 10 nəfərə ambulator yardım göstərilib. Təcili tibbi yardım göstərmək üçün Yakutskdan Respublika Fəlakət Təbabəti Mərkəzinin mütəxəssisləri və Fövqəladə Hallar Nazirliyinin psixoloqu göndərilib.
"Təəssüf ki, hadisə nəticəsində 13 nəfər ölüb, 20 nəfər xəsarət alıb, onlardan 10-u xəstəxanaya yerləşdirilib, 10 nəfər isə ambulator müalicə alır", - məlumatda deyilir.
İlkin məlumatlara görə, hadisə yerli vaxtla saat 3:20-də müəssisənin texnoloji magistralında baş verib. Fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına RSXM-nin bütün qarşılıqlı fəaliyyət göstərən strukturlarından 44 nəfər və 13 texnika cəlb olunub.
Yakutiya Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. İdarədən bildirilib ki, faciə baş verən zaman avtomobil “Vostochnaya Denisovskaya” mədəninin işçilərini aparırmış.