Rumıniya prezidenti Nikuzor Dan ABŞ prezidenti Donald Trampdan ABŞ-a səfər etmək üçün rəsmi dəvət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rumıniya liderinin təhlükəsizlik üzrə müşaviri Kristian Diakonesku məlumat verib.
Diakonesku qeyd edib ki, buna hazırlıq səfərin gündəliyinin hər iki ölkənin maraqları nəzərə alınmaqla nə qədər tez formalaşmasından asılıdır.
Bildirilir ki, Rumıniyanın xarici işlər naziri Oana Tsoiu sentyabrda ölkə liderləri arasında görüş hazırlamaq üçün ABŞ-a gedəcək.