AZ

Aİ və Çin liderləri Ukraynadakı vəziyyəti müzakirə edəcəklər

BAKI, 21 iyul. TELEQRAF

Avropa İttifaqı (Aİ) rəhbərliyi Çinlə ikitərəfli münasibətlərin vəziyyəti və Ukraynadakı münaqişəni müzakirə etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Şurasının rəsmi saytında yayımlanan bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, iyulun 24-də keçiriləcək Aİ-Çin sammitində əsas müzakirə mövzularını ikitərəfli münasibətlərin gələcəyi və qlobal geosiyasi çağırışlar, o cümlədən Rusiyanın Ukraynaya qarşı təcavüzü təşkil edəcək.

Sammit çərçivəsində Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Çin Xalq Respublikasının sədri Si Cinpin və Baş nazir Li Qianq ilə bir araya gələcəklər.

Qeydedəkki, songünlər Aİ vəÇinarasındamünasibətlərdəgərginlikyaşanır. BunasəbəbAvropaİttifaqınınRusiyayaqarşı 18-ci sanksiyalar paketi olub. Çin Ticarət Nazirliyi bəyan edib ki, bu sanksiyalar Çin şirkətlərinin hüquqlarına zərər vurur və qarşılıqlı anlaşma ruhuna ziddir. Nazirlik həmçinin Pekinin bu addımlara qarşı qətiyyətli tədbirlər görəcəyini vurğulayıb.

Görüşün tərəflər arasında ticarət, texnologiya və təhlükəsizlik sahələrində yaranmış fikir ayrılıqlarınınyumşaldılmasına töhfə verəcəyi gözlənilir.

Seçilən
19
50
teleqraf.com

10Mənbələr