AZ

Rusiyada avtobusun aşması nəticəsində 14 nəfər ölüb

Rusiyanın Yakutiya vilayətində avtobus 25 metr hündürlükdən aşıb, qəza nəticəsində 14 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, avtobusda təxminən 36 nəfərin olduğu deyilir.

Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin ilkin məlumatına görə, avtomobil şərq tərəfdən uçurumdan aşıb. Qəzanın nəticələrinin aradan qaldırılmasına 36 mütəxəssis və 10 texnika cəlb olunub.

Məlumata görə, avtobus “Vostochnaya Denisovskaya” mədəninin işçilərini aparırmış.

Seçilən
27
2
report.az

2Mənbələr